Boksçularımız beynəlxalq turnirdə mübarizə aparacaqlar

Aprelin 16-da Tbilisidə boks üzrə beynəlxalq turnir start götürəcək. SİA-nın məlumatına görə, David Kvaçadzenin şərəfinə keçiriləcək yarışa Azərbaycan millisi də qatılacaq.

Böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirdə ölkəmizi Rüfət Hüseynov (52 kq), Nurlan Səfərov (60 kq), Nəbi İsgəndərov, Fərid Ağamoğlanov (hər ikisi 64 kq) və Elnur Süleymanov (75 kq) təmsil edəcəklər.

Turnirin final görüşləri aprelin 20-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...