UEFA Ronaldoya intizam işi açıb

UEFA İtaliyanın "Yuventus" klubunun ulduz futbolçusu Kriştiano Ronaldoya qarşı intizam işi açıb. SİA-nın məlumatına görə, buna 34 yaşlı hücumçunun Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda evdə İspaniya "Atletiko"sunu 3:0 hesabı ilə məğlub etdikləri matçda etdiyi qeyri-etik hərəkətlər səbəb olub.

Portuqaliyalı forvard qarşılaşma başa çatdıqdan sonra Madrid təmsilçisinin azarkeşlərinə qarşı xoşagəlməz jest edib.

Məsələyə martın 21-də baxılacaq.

Qeyd edək ki, "Yuventus" ilk görüşdə 0:2 hesabı ilə uduzduğu "Atletiko"nu cavab matçında Kriştiano Ronaldonun "het-trik"i sayəsində üstələyib. İlk matçda "Atletiko"nun baş məşqçisi Dieqo Simeone eyni hərəkəti edib və 20 min avro məbləğində cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə