Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan çempionatı keçiriləcək

Martın 9-dan 10-dək Bakıda alpaqut Turan döyüş sənəti üzrə beşinci Azərbaycan çempionatı keçiriləcək. SİA-nın Azərbaycan Alpaqut Federasiyasına istinadən verdiyi məlumata görə, ölkə çempionatında 50-dən artıq komandanın tərkibində 600-dən çox idmançı gücünü sınayacaq.

Yarışın təşkilində əsas məqsəd yığma komandanın tərkibini müəyyənləşdirmək, idmançıların beynəlxalq turnirlərə hazırlığını təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə