“Qəbələ” “Şerif”lə görüşün hazırlığını yekunlaşdırıb

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin cavab oyunu öncəsi son məşqini keçirib. SİA-nın məlumatına görə, dünən matçın keçiriləcəyi Moldovanın Tiraspol şəhərinə çatan “qırmızı-qaralar” “Şerif”lə görüşün hazırlığını yekunlaşdırıb. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında məşq edib.

Bu gün keçiriləcək “Şerif” - “Qəbələ” qarşılaşması da kompleksin bu meydançasında baş tutacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, oktyabrın 3-də Qəbələ şəhər stadionunda keçirilən ilk görüşdə qalib müəyyənləşməmişdi - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...