İrina Kindzerska dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb. SİA-nın məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində yarışan idmançı bürünc medal qazanmaq üçün ilk təsəlliverici görüşdə türkiyəli Kayra Sayıta uduzub. O, əlavə vaxtın 23-cü saniyəsində ipponla məğlub olub.

Qeyd edək ki, İ.Kindzerska 1/16 finalda litvalı Sandra Yablonskiteyə 2 dəqiqə 28 saniyəyə ipponla qalib gəlib. Onun 1/8 finalda rəqibi puerto-rikolu Melissa Moxika olub. İdmançımız bu rəqibindən də üstün olub. 1/4 final mərhələsində isə bosniyalı Larisa Çeriçlə üz-üzə gələn cüdoçumuz məğlubiyyətdən qaça bilməyib və təsəlliverici görüşlərə qatılıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...