BATE - "Qarabağ" oyununu hansı hakim idarə edəcək?

Futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək BATE - "Qarabağ" cavab oyununa hakim təyinatları açıqlanıb.

Qol.az-ın məlumatına görə,matçın baş hakimi Latviya Futbol Federasiyasından Andris Treymanis olacaq. Ona həmyerliləri Haralds Qudermanis və Alekseys Spasyonnikovs köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.

Qeyd edək ki, "Borisov Arena"da keçiriləcək BATE - "Qarabağ" görüşü avqustun 14-ü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk oyun Belarus klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...