Ueyn Runi: "Messi tarixin ən yaxşı futbolçusudur"

Hazırda ABŞ-ın "DC Yunayted" klubunda çıxış edən Ueyn Runi maraqlı açıqlama verib. SİA-nın məlumatına görə, 32 yaşlı hücumçu "Barselona"nın ulduzu Lionel Messinin tarixin ən yaxşı futbolçusu olduğunu söyləyib. İngiltərə millisinin sabiq futbolçusu Messini yenicə "Yuventus"a transfer olunan Kriştiano Ronaldo ilə müqayisə edib: "Həm Messi, həm də Ronaldo güclü futbolçulardır. Lakin mən Messinin dünya futbol tarixinin ən yaxşı oyunçusu olduğunu düşünürəm”.

Runi Kriştianu Ronaldo ilə birlikdə 2004-2009-cu illər aralığında "Mançester Yunayted"in formasını geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə