"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşib

"Borussiya"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. SİA-nın xəbərinə görə, Bundesliqa təmsilçisini Lusien Favr çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 60 yaşlı çalışdırıcı Dortmund təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, isveçrəli mütəxəssisin son iş yeri Fransanın "Nitsa" klubu olub.

Bütün xəbərlər Facebook səhifəmizdə