Bu gün UEFA Avropa Liqasının final oyunu keçiriləcək

Bu gün futbol üzrə UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Qitənin ikinci dərəcəli klub turnirinin qalibi Fransanın Lion şəhərində müəyyənləşəcək. SİA-nın məlumatına görə, həlledici görüşdə İspaniyanın “Atletiko Madrid” və Fransanın “Marsel” klubları qarşılaşacaq.

Fransada “Stad de Frens”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

1992/1993-cü il mövsümündə Çempionlar Liqasını qazanan Fransa təmsilçisi finala qədər irəlilədiyi digər üç imkandan yararlana bilməyib. UEFA kubokunda iki belə uğursuzluğu olan “Marsel” ilk dəfə Avropa Liqasının qalibi olmağa çalışacaq.

“Atletiko” isə 6-cı kuboku qazanmaq fikrindədir. Madridlilər Avropa Liqası və Superkubokun hərəsində 2, Kuboklar kubokunda bir uğur əldə ediblər. İspaniya klubu 1986-cı ildə Kuboklar kubokunun finalında Kiyev “Dinamo”suna 0:3 hesabı ilə uduzduğu stadionda ikinci cəhdini gerçəkləşdirəcək.

Qeyd edək ki, “Marsel” qələbə qazansa Çempionlar Liqasının qrupuna vəsiqəni də təmin edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə