Rəqibini vuran futbolçu cəzalandırılmadı

"Yuventus"un müdafiəçisi Corco Kyellini İtaliya A Seriyasının 25-ci turunda "Torino"ya qarşı matçda etdiyi hərəkətə görə cəza almayıb. SİA-nın məlumatına görə, təcrübəli müdafiəçi derbidə rəqibin forvardı Andrea Belottinin üzünə yumruqla zərbə endirmişdi. İntizam Komitəsi onun top uğrunda mübarizə apardığı və Belottini qəsdən vurmadığı qənaətinə gəlib.

Qeyd edək ki, oyunun baş hakimi bu epizoda reaksiya verməsə də, baş verənlər kameraların obyektivinə düşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə