Premyer Liqada ayın ən yaxşı baş məşqçisi müəyyənləşib

İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, ötən ayın ən yaxşısı adına "Bornmut"un çalışdırıcısı Eddi Houe layiq görülüb. 40 yaşlı mütəxəssis Premyer Liqa karyerası ərzində ikinci dəfə ayın ən yaxşı məşqçisi seçilib.

Qeyd edək ki, "Bornmut" yanvar ayında keçirdiyi oyunlarda "Çelsi"(3:0) və "Arsenal"a (2:1) qalib gəlib, "Vest Hem" (1:1) və "Brayton"la (2:2) heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə