Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə “ABU Arena”da həndbol üzrə 10 komandanın iştirakı ilə 2002-2003-cü il təvəllüdlü yeniyetmələr arasında açıq Bakı birinciliyi keçirilib. SİA-nın məlumatına görə, yarışda 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası qalib olub. “Mingəçevir” yarışın gümüş, “Qazax” isə bürünc medalını əldə edib.

Mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə