"Neftçi" 4 futbolçusunu icarəyə göndərəcək

"Neftçi" bu qış 4 futbolçusunu icarəyə göndərəcək. SİA-nın məlumatına görə, bu barədə klubun prezidenti Orxan Hüsyenzadə jurnalistlərə bildirib.

O, müdafiəçilər Rahil Məmmədovla Məqsəd İsayev və yarımmüdafiəçilər Tərzin Canahgirovla Fəhmin Muradbəylini icarəyə verəcəklərini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə