"Neftçi" "ASAN məktub" sosial layihəsinə qoşulur

Sosial layihələrə hər zaman xüsusi önəm verən "Neftçi” PFK daha bir layihəyə qoşulur. SİA-nın məlumata görə, xalqın komandası uşaqlara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan sosial layihə - "ASAN məktub”la uşaqların arzularını həyata keçirəcək.

Futbolçular yeni il ərəfəsində "ASAN məktub" portalına (asanmektub.az) müraciət edən 10 uşağı seçərək onlarla görüşəcək. "Bakcell Arena"da baş tutacaq görüşdə uşaqlar komandanın ev oyunlarını keçirdiyi stadionla tanış olub, "Neftçi" PFK-nın muzeyini ziyarət edəcəklər. Sonda əsas komandanın futbolçuları seçdikləri uşaqlara yeni il hədiyyələri təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə