“Real”ın qapıçısı yenidən zədələnib

“Real”ın qapıçısı Keylor Navas yenidən zədələnib. SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Kostarikalı qolkiper məşq zamanı zədə alıb. Onun azı 2 həftə meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl də zədədən əziyyət çəkən Navas oktybarın 15-də komanda ilə məşqlərə başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə