Azərbaycan - Çexiya oyununun biletləri satışa çıxarılıb

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 5-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Çexiya oyununun biletləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, biletləri aşağıda göstərilmiş satış məntəqələrində əldə etmək mümkündür:

1. Həsən Əliyev küçəsi 36, Nobel prospekti 23, AMAY Ticarət Mərkəzinin II mərtəbəsi,
2. Abbas Mirzə Şərifzadə keçəsi 157,
3. Sülh küçəsi 197,
4. 28 Mall Ticarət Mərkəzi 2-ci mərtəbə,
5. Gənclik Mall Ticarət Mərkəzi 3-cü mərtəbə,
6. M. Rəsulzadə küçəsi 3,
7. Bül-Bül prospekti 35 və Nizami küçəsi Kontinental mağazalar şəbəkəsi,
8. Üzeyir Hacıbəyov küçəsi 69x, Hökümət evinin arxası

Biletlərin qiyməti:

VIP – 50 AZN

1-ci kateqoriya – 6 AZN

2-ci kateqoriya – 3 AZN

3-cü kateqoriya – 1 AZN

Bütün xəbərlər Facebook səhifəmizdə