“Liverpul”un futbolçusuna verilən cəza qüvvədə qalıb

“Liverpul”un futbolçusu Sadio Manenin 3 oyunluq cəzası qüvvədə qalıb. Bu barədə İngiltərə Futbol Assosiasiyası rəsmi açıqlama yayıb. Bildirilib ki, mersisaydlıların appelyasiya müraciəti rədd edilib və futbolçu hər 3 oyunda komandasına kömək edə bilməyəcək. Qeyd edək ki, “Mançester Siti” ilə oyunda (0:5) şəhərlilərin qapıçısı Edersonun üzünə ayaqla zərbə endirən Mane qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə