Avropa çempionatının 1/4 finalçıları müəyyənləşib

Dörd ölkənin – Finlandiya, İsrail, Rumıniya və Türkiyənin ev sahibliyi ilə keçirilən basketbol üzrə 40-cı Avropa çempionatının dörddəbir finalçıları müəyyənləşib. SİA-nın məlumatına görə, yarımfinala vəsiqə uğrunda Almaniya-İspaniya, Slovakiya-Latviya, Yunanıstan-Rusiya və İtaliya-Serbiya görüşləri keçiriləcək.

Çempionatın dörddəbir final mərhələsinin görüşləri sentyabrın 12-13-də, yarımfinallar ayın 14-15-də oynanılacaq. Üçüncü yer uğrunda görüş və final qarşılaşmaları isə sentyabrın 17-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə