Miçel Salqado: "Ronaldonu başqa klubun forması ilə görmək istəmirəm"

"Real"ın sabiq müdafiəçisi Miçel Salqado Ronaldonun haqqında yayılan İspaniyadan getmək məsələsinə münasibət bildirib. SİA-nın məlumatına görə, M.Salqado "Real"ın ulduz futbolçu üçün Avropada son klub olacağını deyib: "Peşəkar futbolda Ronaldonu başqa klubun forması ilə görmək istəmirəm. Onun karyerasını "Real"da başa vurması da, Amerika klublarından birinə getməsi də mümkündür. Amma yüksək səviyyədə oynadığı müddətdə Ronaldo heç yerə getməyəcək. "Real" da ona rahatdır. Ronaldo hazırda bizim klubun ürəyi hesab olunur".

loading...