27 sentyabr 2020-ci il tarixindən mənfur qonşularımızın təxribatının qarşısının alınması məqsədi ilə əks hücum əməliyyatını həyata keçirən Milli Ordumuzun uğurlu qələbəsi münasibəti ilə Qazax Rayon Qeydiyyat Şöbəsində tədbir keçirilib. Şöbənin rəisi Məsumə Səmədova çıxış edərək Azərbaycan xalqını təbrik edib. O qeyd edib ki, Azərbaycan ordusunun uğurlu əməliyyatı və ölkə prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycanın qədim torpaqları, tarixi abidələrimiz, ulu bablarımızın qəbirləri işğaldan azad edildi: “Mən səmimi qəlbdən hər kəsi Böyük Qələbə münasibəti ilə təbrik edirəm! Bizim çoxmillətli xalqımızın, bu gün göstərdikləri qəhrəmanlıq şücaəti bizim və övladlarımızın yaddaşında əbədi qalacaqdır. Qəhrəmanlıq göstərərək həlak olan şəhidlərimizin xatirəsini yad etmək, Vətən müharibəsi iştirakçılarını və veteranlarını diqqət və qayğı ilə əhatə etmək bizim borcumuzdur. Cəsur qəhrəmanların bizə bəxş etdiyi sülh daimi olsun. Arzu edirəm ki, tarixin bu parçası bir daha təkrarlanmasın və gələcək nəsillər müharibənin dəhşətlərini yaşamasın. Mən bütün şəhid ailələrinin və Qarabağın müdafiəsi uğrunda gedən savaşda iştirak edən bütün qardaşlarımızın qarşısında baş əyir və igidlik və mətinliyinizlə qazandığınız qələbə üçün sizə təşəkkür edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Artıq Qarabağ Azərbaycanındır!”
Bütün xəbərlər Facebook səhifəmizdə