Ordu müasir silahlarla təchiz edilib - Zakir Həsənov

Azərbaycan Ordusunun balansında olan hərbi təyyarələr təkmilləşdirilir və onlar döyüş tapşırıqlarını icra etməyə qadirdir. SİA xəbər verir ki, bunu iyunun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Ordumuzun helikopter meydançaları yenilənib və müasir silahlarla təchiz edilib. Azərbaycan Ordusunun helikopterləri uzaq məsafədən hədəfləri dəqiq vurmağa qadirdir.

Z.Həsənov qeyd edib ki, Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır, texniki məsələlər həll olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...