Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu A.Abbasov küçəsi 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib. Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, araşdırma zamanı ağacların Sabunçu rayon sakini Rövşən Əkbərov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib olunub və ona 2960 manat məbləğində cərimə tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə