Dünyada milyonerlərin sayı 42.155 milyona çatıb

Dünya əhalisinin ümumi sərvəti 2017-ci ilin iyunundan 2018-ci ilin sonuna qədər 14 trilyon dollar və ya 4,6% artaraq 317 trilyon dollara çatıb. SİA-nın xəbərinə görə, bu barədə İsveçrənin Credit Suisse bankının Qlobal Sərvət Hesabatının illik hesabatında qeydə alınıb.

Hesabata görə, əhalinin rifah halının sürətlə artması nəticəsində yetkinlik yaşına çatan insanların sayı yüzdə 3,2 nisbətində artaraq və rekord həddə yəni 63,1 minə çatıb. İsveçrə və Avstraliya bu göstəricidə 530.24 min və 411.6 min dollarla növbəti dəfə lider olublar.

Son 1 ildə dünyada 2,31 milyon yeni milyoner meydana çıxıb ki, bu da onların ümumi sayını 42,155 milyona çatdırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...