317 nömrəli məktəbdə SON ZƏNG - FOTOLAR - SƏS TV

Bu gün Suraxanı rayonu, Zığ qəsəbəsindəki 317 nömrəli məktəbin XI sinif məzunları "Son Zəng"lərini qeyd ediblər. SİA-nın xəbərinə görə, bayram tədbiri təntənəli şəkildə təşkil olunub.

Məktəbin rəhbərliyi, valideynlər və şagirdlər tərəfindən böyük hazırlıq işləri aparılıb, son zəngin yüksək səviyyədə, bütün məzunların və iştirakçıların uzun illər yadında qalacaq əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni ediblər.

Bu münasibətlə təşkil olunan tədbiri məktəbin direktoru Əliqismət Səfərov açaraq on birinciləri təbrik edib və onların valideynlərinə öz arzularını çatdırıb.

Tədbirdə iştirak edən valideynlər və digər qonaqlar da məzunlara və məktəbin kollektivinə uğurlar arzulayıblar.

Məzunlar məktəbə, son zəngə aid şeirlər söyləyib, nəğmələr səsləndirib, rəqslər nümayiş etdiriblər. Məzunlar bir-birlərinə öz ürək sözlərini köynəkləri üzərinə yazaraq bildiriblər.

Sonda məzunlar üçün məktəb həyətində son dəfə son zəng çalınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...