20 Yanvar-hüzn və qəhrəmanlıq salnaməsi

AMEA Qafqazşünaslıq İnstitutunda sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətl hadisəsinin 28 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. İnstitutdan SİA-ya verilən xəbərə görə, dəyirmi masanı İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. M.Qasımlı 20 Yanvar hadisəsindən danışıb, onu həm hüzn, həm də qəhrəmanlıq səhifəsi kimi səciyyələndirib.

Dəyirmi masada Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d., dosent Ramilə Dadaşova, Gürcüstanşünaslıq şöbəsinin müdiri, f.ü.f.d. Vahid Ömərov, Şimali Qafqaz şöbəsinin müdiri i.e.ü.f.d. Liliya Mirzəzadə, Ermənişünaslıq şöbəsinin əməkdaşı Aydın Eyvazov və digərləri çıxış ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...