Bələdiyyələrin səlahiyyəti artırılır

Milli Məclis "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə əlavə qəbul edilib. SİA-nın məlumatına görə, qanunun 7-ci (Yerli büdcənin gəlirləri) maddəsinə yerli büdcənin gəlirləri sırasına "bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait" də əlavə edilir. Buna uyğun olaraq "Avtomobil yolları haqqında" qanuna dəyişikliklər də müzakirəyə çıxarılır.

Layihələr səsə qoyularaq qəbul olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə