Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddi və aylıq vəzifə maaşları

Nazirlər Kabienti “Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddinin müəyyən edilməsi və aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” qərar verib. SİA-nın məlumatına görə, Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin say həddi 15 vahid müəyyən edilib.

Qərara əsasən Mənəvi Dəyərlərin Təbliği Fondunun işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimi olacaq:

İcraçı direktor – 1150 AZN, icraçı direktorun müavini - 895 AZN, şöbə müdiri, baş mühasib – 590 AZN, baş məsləhətçi – 410 AZN, aparıcı məsləhətçi – 390 AZN, məsləhətçi – 380 AZN, kargüzarlıq və arxiv işinin aparılması üzrə mütəxəssis – 200 AZN, sürücü – 220 AZN və xadimə - 155 AZN.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə