Pərvin Abiyeva: "Yıxılmışam, ağzım partlayıb"

Aktrisa Pərvin Abiyeva şəxsi həyatından danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində açıqlama verib: "6 aydır eşq yaşayıram. Sevgilim qısqanc biri deyil. Məni başa düşür. Çünki məni yaxşı tanıyır. Onu da deyim ki, hələ sevgilimin üzünü göstərmək istəmirəm. Hələ ki, həmin şəxsin kimliyi gizli qalsın".

O, jurnalistin "Yaxın zamanlarda ailə qurmağı düşünürsünüzmü?" sualına belə cavab verib: "Hələ bilmirəm Bunu zaman göstərər. Hələ ərə getmək fikrim yoxdur".

Aktrisa tez-tez gözə, nəzərə gəldiyini də bildirib: "Gözəlliyim başıma bəladır. Buna görə də tez-tez gözə, nəzərə gəlirəm. Hətta 1 ay bundan öncə yıxılmışam. Ağzım partlayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...