Lalə Azərtaş: "Məndən yox, bu balaca qızdan utanın" FOTO

Sosial şəbəkədə yazılanlara görə, aparıcı Lalə Azərtaş estetik əməliyyatlar etdirib. SİA-nın məlumatına görə, aparıcı bu iddialara son qoymaq üçün bir yaşında olan şəklini "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: “Heç vaxt şərhlərlə bağlı münasibət bildirmirəm. Amma sosial şəbəkədə şəklim paylaşılıb, sağ olsunlar. Nadirən özüm haqda mənfi rəyə rast gələrəm. Həmişə xoş sözlərlə yanımdasınız. Allah razı olsun. Amma biri estetik əməliyyatlarla bağlı haqqımda qəribə məlumatlar, faktlar, hətta məni bu hala salan həkimin adı da yazılıb. Əvvəlcə doyunca güldüm, sonra dedim ki, bir yaşlı Lalənin şəklini paylaşım. Bəlkə məndən yox, bu balaca qızdan utanarlar. Yaradanım gözəl rəssamdır. Necə məsləhət bilib, elə də yaradıb. Bir də anam sağ olsun”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...