Sevda ikinci ərindən də boşandı

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: "Əgər fikirləşirsiniz ki, xoşbəxt olmaq üçün ikinci şəxsin olmağı mütləqdir, yanılırsınız! Bunun üçün özünüz yetərsiniz, ikinci şəxs isə xoşbəxtliyi bölüşmək üçündür. Subaylıq sultanlıqdır”.

Qeyd edək ki, cütlük ötən ilin iyununda da ayrılmışdı, lakin sonradan barışmışdılar.

Xatırladaq ki, Sevdanın ilk evlilikdən bir oğlu, ikinci nikahından qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...