Aqşin Fateh: "Şou-biznes əhli uşaqlarımızın gələcəyini məhv edir" VİDEO

Meyxanaçı Aqşin Fateh müğənniləri sərt şəkildə tənqid edib. SİA-nın məlumatına görə, sənətçi verilişlərin birində qonaq olarkən şou-biznesin tanınmış simalarını "yıxıb-sürüyüb": "Müğənnilərin 85% sosial şəbəkədə yedikləri yeməkləri, mal-mülklərini, reklam edirlər. Nə hamiləni, nə kasıbı nəzərə alırlar. Elə pozğun ifaçılar da var ki, onların bahal avtomobili və evləri var. Balacalar da onlara baxanda deyir ki, mən də o maşını sürmək üçün onun kimi olmalıyam. Övladarımız onlara baxıb, ibrət götürür. Şou-biznes əhli uşaqlarımızın gələcəyini məhv edir. Elə müğənnilər də var ki, nə ətdi, nə də balıq. Həqiqətləri danışdığıma görə bəlkə də bir çox sənətçilər mənimlə düşmən olacaq. Amma bu sözləri deməsəm də ürəyim partlayar. Həqiqət həmişə acı olur".

Bütün xəbərlər Facebook səhifəmizdə