"Şəbnəmin mahnılarını qətiyyən dinləmirəm" QALMAQAL

Müğənni Günay İbrahimli verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı proqramda həmkarı Şəbnəm Tovuzlu ilə aralarında yaranan söz-söhbətdən danışıb: "Sual verdilər, öz fikrimi bildirdim. İndi də qəti fikrimi deyirəm ki, onun mahnılarına qulaq asmıram.

Onu da deyim ki, mənim bu sözlərimdən sonra baxıram ki, Şəbnəm ard-arda müsahibələr verir. Deyir ki, Günay reklam olunmaq istəyir. İndi görün mənim adımdan istifadə edib, reklam olunan kimdir?.

G. İbrahimli aparıcı Zaur Kamalın "Damlanı da bəyənmirsən?" sualına belə cavab verib: "Damla çox yaxşı qızdır. Onun bir-iki mahnısından xoşum gəlir. Yaxşı musiqiyə qulaq asıram".

Bütün xəbərlər Facebook səhifəmizdə