Amerikada yaşayan modelimiz filmə çəkilir AÇIQLAMA-VİDEO+FOTOLAR

Amerikada yaşayan əslən azərbaycanlı olan məşhur model Stefano Suaros bu dəfə özünü film sektorunda sınamaq qərarına gəlib. SİA bu haqda modelin özü açıqlama verib: "New York Film Akademyasının sahibi olduğu S&D Productionla birgə film çəklişlərinə start vermişik. "Black Fate" (Qara Taleh) adlı film dram janrındadır. Uşaq yaşlarında anasını itirən və atası tərəfindən zorakılıqlara məruz qalan azyaşlı uşağın faciəvi həyatından bəhs edir. Filmin ssenarisi özümə məxsusdur.

Real həyatda baş verən hadisəni qələmə almışam. Ekran işində aktyorlar sırasında iki ildən çoxdur Amerikada yaşayan müğənni İlhamə Qasımova da yer alıb. Baş rollardan birini də özüm canlandıracam. Çəklişləri davam edən filmin 2019-cu ilin əvvəllərində təqdim olunması nəzərdə tutulub.

Onu da əlavə edim ki, hazırda tamaşaçıların düşündürücü, təsirləndirici mövzulara ehtiyacı var. Ona görə də fikirləşirəm bu film insanların, özəlliklədə valideyinlərin daha çox marağına səbəb olacaq"

Qeyd edək ki, "Black Fate" (Qara Taleh) filmin artıq treyleri hazırdır.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə