Niyamla Kərim Yıldız Tilbənin konsertində özlərini biyabr etdilər VİDEO

Ötən gün türkiyəli müğənni Yıldız Tilbəninin Bakı Konqres Mərkəzində konsert verib. SİA-nın məlumatına görə, konsertə təşrif buyuranların arasında yerli məşhurlar da olub.

Konsertə gələn müğənni Niyam Salami və Kərim Abasov əlində gül buketi ilə səhnəyə çıxıb, Yıldız Tilbəyə gül vermək istəyiblər. Lakin onların bu arzusu ürəyində qalıb.

Müğənninin komandası bildirib ki, səhnəyə heç kim çıxa bilməz və Tilbə səhnədə oxuyarkən narahat edilməsi düzgün deyil. Bu zaman Niyam Salami səhnənin qarşısına keçib gül vermək istədiyini bildirib. Mühafizəçilər onun bu istəyinin qarşısını alıb.

Yıldız Tilbə ifasını bitirdikdən sonra Niyam Salami və Kərim Abasov səhnənin önünə yaxınlaşıb müğənniyə gül uzadıblar. Həmin an “Biz şarkıcıyız” deyən Niyama Tilbə istədiyi cavabı verməyib və sadəcə gül üçün təşəkkür edib.

Tilbəninin bu hərəkəti Niyam və Kərimi pərt edib. Yerli məşhurlar konserti tərk ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə