Müğənni Qriqori Leps İsrailə buraxılmadı

Rusiyalı müğənni Qriqori Leps İsrailə buraxılmayıb. SİA-nın məlumaına görə, bu haqda Knessetin deputatı Yuliya Malinovskaya sosial şəbəkədə yazıb: "Polisin nə üçün məşhur rusiyalı müğənninin ölkəyə girişi məsələsi ilə məşğul olduğunun izahını tapa bilmirəm. Lepsin İsrail turunun şokda olan təşkilatçısı bununla bağlı mənə müraciət edib. Müğənnini müşayiət edəcək 17 musiqiçi və texniki işçi ölkəyə daxil olmaq üçün problemsiz şəkildə yazılı icazə alıb. Onu da qeyd edim ki, Lepsin İsraildəki konsertinə üç mindən çox bilet satılıb".

Qeyd edək ki, 2013-cü ildə ABŞ da Lepsin ölkəyə girişinə qadağa qoymuşdu. ABŞ hakimiyyəti onu Şərqi-Avropa mafiyaları ilə əlaqələrdə və cinayətkarlar üçün külli miqdarda nəğd pul daşımaqda şübhəli bilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə