Azərbaycan Avropa Birliyinə üzv olmaq niyyətində deyil" Mərkəz sədri

"Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi düşüncə mərkəzidir. Bildiyiniz kimi Mərkəzin nümayəndə heyəti və Dağlıq Qarabağın Azərbaycanlı İcması ikə birgə dekabrın 3-6 dekabr tarixlrində Brüseeldə səfərdə olub. Səfərdə əsas məqsəd Azərbaycanın mövqeyini müzakirə etmək, eybi zamanda fərdi şəkildə fikir mübadiləsi aparmaq, orada fəaliyyət göstərən müxtəlif qurumlarla görüşlərin keçirilməsi idi. Səfər zamanı iki dəyirmi masada iştirak etmişik. Avropa Siyasi Mərkəzində təşkil olunan dəyirmi masada, eləcə də Vətəndaş Cəmiyyəti Foumunun XI Assambleyasında təmsil olunduq". SİA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Səfiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, səfər zamanı əsas iki məsələ Azərbaycan Avropa Birliyi münasibətləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub: "Azərbaycan Aİ sazişi ilə bağlı işlər davam edir. Bu baxımdan biz orada əlaqələrin siyasi aspektlərini müzakirə etmişik. Azərbaycan Avropa Birliyi ilə tam bərabərhüququlu tərəfdaş əlaqələri qurmaq niyyətindəyik. Biz Avropa Birliyinə üzv olmaq niyyətində deyilik. Bizə üzv olmaq üçün dəvət də edilməyib".

F.Səfiyev söyləyib ki, Avropa Birlliyinə daxil olmaq istəyən ölkələr müxtəlif problemlərlə üzləşir: "Son dövrlər Avropa Birliyinin genişlənməsi siyasəti ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Belə olan halda biz hesab edirik ki, ölkəmiz öz milli maraqlarına əsaslanan siyasətini davam etdirməlidir. Bizim məqsədimiz tambərabərhüuquqlu münasibətlər qurmaqdır".

Mərkəz sədri söyləyib ki, Azərbaycan Avropa Birliyi arasında sazişin 90 faizi hazırdır:"Hazırda digər 10 faizi ilə bağlı işlər davam edir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə