"Hazırda Azərbaycan Rusiya üçün çox dəyərli və vacib tərəfdaşdır" MÖVQE - SƏS TV

"Əvvəla mən bu məsələyə bir neçə prizmadan baxmaq istərdim. Bu, Azərbaycan üçün çox vacib məsələlərdən biridir. Çünki Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. Hazırda Azərbaycan Rusiya üçün çox dəyərli və vacib tərəfdaşdır. Eyni zamanda, Rusiya da Azərbaycan üçün vacib tərəfdaşdır. Yəni Rusiya Azərbaycan üçün nə qədər vacibdirsə, Azərbaycan da məhz Rusiya üçün vacib tərəfdaşdır. Getdikcə Azərbaycanın Rusiya üçün tərəfdaşlıqda əhəmiyyəti daha da artır". Bunu SİA-ya açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Siyasi ekspert bildirib ki, Lavrovun Ermənistana səfəri şəxsi xarakter daşımayıb: "Yəni bunu Lavrovun şəxsi fikri kimi qiymətləndirmək, düşünürəm ki, düzgün deyil. Lavrov Rusiya kimi böyük bir dövlətin xarici siyasətini həyata keçirən nazirliyin başçısıdır. Ona görə də o özünün şəxsi fikrini deyə bilməz. Hətta mən düşünürəm bəlkə də Lavrovun genetik emosiyası orada rol oynayıb və bu cür bəyanat verib. Lakin bu da ola bilməz, çünki o Rusiyanı təmsil edir. Sadəcə olaraq burada belə bir məsələ var, Lavrov Rusiyada deyib ki, Ermənistan öz ənənəvi xarici siyasətini yürüdəcək, yəni Rusiyaya münasibətdə Ermənistanın xarici siyasətində bir dəyişiklik olmayacaq. Azərbaycan üçün gərəksiz, Ermənistan üçünsə uyğun olan bir bəyanatla çıxış etmişdi. Bütün bunlar bizim illərdir eşitdiyimiz sözlərdən başqa bir şey deyil. Yadınızdadırsa Rusiya Prezidentindən əvvəl Rusiyanın baş naziri Dimitri Medvediyev Paşinyan baş nazir seçilərkən gedib 2 gün Ermənistanda qaldı. Daha sonra Putin MDB sammitində olarkən İran Prezidenti də orada oldu, həmçinin indi Paşinyanın dustaq etdiyi Köçəryanın arvadı ilə görüşdü, indi isə Lavrov Ermənistana 2 günlük səfərə gedib. Lakin bunu hökmən qeyd etmək vacibdir ki, Rusiyanın Ermənistanla bağlı heç narahatçılğı, problemi olmasaydı, bu narahatçılğı göstərən trayektoriya olmamalı idi. Yəni, bütün bunlar onu göstərir ki, Rusiyanın və İranın Ermənistan sarıdan narahatçılığı var. Biz öz mərkəzimiz tərərfindən Ermənistanda rəngli inqilablar seriyasından yazıb, təhlil etmişik. Soros Fondunun dünyada keçirdiyi rəngli inqilablardan biri də Ermənistanda baş verib. Paşinyan Ermənistana rəngli inqilabların nəticəsi olaraq gəlib. Sadəcə olaraq hazırda Ermənistanda mövcud olan hakimiyyətdə istər Paşinyan olsun, istərsə də digər başqa biri Rusiyanın təklif etdiyi siyasətdən kənara çıxmaq ehtimalı çox azdır. Paşinyan kənara çıxmaq istədi, hətta Dağlıq Qarabağ məsələsində də müdaxilə etməyə çalışsa da sanki beton divara dəydi".

Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...