"Multikultarilizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir"

"Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikultarilizm Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasətidir. Təsadüfu deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılıb, bir neçə beynəlxalq tədbirlər keçirilib. Tədbirlərin bəziləri ənənənəvi xarakter daşıyır". SİA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Dünya Dini Liderlərinin II Bakı sammitinin açılış mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, Bakı Humanitar Forumu, BMT tərəfindən dəstəklənən Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu , BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya din rəhbərlərinin Zirvə görüşlərinin əsas məqsədi dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgı mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək, beləliklə dünyada gedən müsbət proseslərə töhvə verməkdir: "Biz mətbuatdan da izləyirik ki, dünyada dini, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr baş verir, qardaş qanı axıdılır. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə səylərimizi birləşdirməliyik".

Prezident qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir: "Dövlət-din münasibətərinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə xalqa ləyaqətlə xidmət edib. Həm Sovetlər, həm də müstəqillik dövründə. 1991-ci ildə Azərbaycan dövlət müstəqillliyinə nail olmuşdur. Lakin ilk 2 ildə müstəqillik formal xarakter daşıyırdı və demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi. Xüsusilə də 1992-cu ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilən hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı, Azərbaycan daha dərin böhrana düçar oldu. Ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsi, rüsvayçılıq dövrüdür. Təsadüfi deyil ki, Azərbaycan xalqı bu anti-milli, satqın və qorxaq hakimiyyətə cəmi 1 il dözə bildi. 1 ildən sonra öz lideriə üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət etdi, Ona ölkənin gələcəyini etibar etdi".

İlham Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk növbədə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi istiqamətində önəmli addımlar atı, erməni işğalının qarşısını aldı və Azərbaycan işğal olunmuş torpaqların bəzilərini geri qaytara bildi: "Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu, ölkə beynəlxalq təcriddən çıxa bildi və iqtisadi, siyasi islahatlar aparılmağa başlandı. O cümlədən dövlət-din münasibıtlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...