"Ölkəmiz dünya üzrə ən dinamik sosial-iqtisadi inkişafa nail olub" MÖVQE-ÖZƏL

"Ötən 16 ildə respublikamızın həyatı müsbət reallıqlarla səciyyələnib, ölkəmiz dünya üzrə ən dinamik sosial-iqtisadi inkişafa nail olub. Bütün bunlar Prezident İlham Əliyevin xalqın Ona bəslədiyi ümidləri yüksək səviyyədə doğrultduğunu, müstəqil Azərbaycanın sükanını inamla idarə etdiyini əyani şəkildə təsdiqləyir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elçin Quliyev deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev son 16 ildə Heydər Əliyev siyasətinə sonsuz sədaqət nümayiş etdirib, Onun ideyalarını yeni dövrün çağırışlarına uyğun daha da zənginləşdirib: "Bu isə Azərbaycanın inkişafının təməlində dayanan əsas amildir. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

"Azərbaycan xalqının Prezident İlham Əliyevə belə yüksək inam bəsləməsi Onun apardığı uğurlu siyasətlə bağlıdır”, - deyən millət vəkili qeyd edib ki, son 16 ilin təcrübəsinə diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq.

Deputat söyləyib ki, xalq-iqtidar həmrəyliyi ölkəmizdə davamlı sabitliyi təmin edir: "Bu, inkişaf üçün əsas şərtlərdən biridir. Son 16 ildə Azərbaycanın iqtisadi baxımdan dünyada ən dinamik inkişaf edən ölkəyə çevrilməsi qürurverici haldır. 2003-cü ildən bəri milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib. Əlbəttə, bəhs olunan dövrdə milli iqtisadiyyatın inkişafında neft amili xüsusi yer tutur. Bu da təbiidir. Çünki Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir".

E. Quliyev vurğulayıb ki, ölkəmizin qeyri-neft ixracı 16 il ərzində dörd dəfədən çox artıb: "Bu da onu göstərir ki, respublikamızda neftdənkənar iqtisadiyyatın inkişafının müxtəlif vasitələrlə dəstəklənməsi, bu məqsədlə aparılan islahatlar böyük səmərə verir. Vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanda ən yaxşı iqtisadi inkişaf göstəriciləri məhz sənayenin qeyri-neft sektorunda, həmçinin kənd təsərrüfatında qeydə alınır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...