"Prezident vətəndaşların sosial rifahının yaxşılaşmasına çalışır" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamlar imzaladı". Bunu SİA-ya açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılmışdır ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaqdır: "Eyni zamanda minimum əməkhaqqının da 180 manatdan 250 manata çatdırılması ilə bağlı sərəncam imzaladı. Biz bilirdik ki, elə bu ilin əvvəlində müxtəlif dövlət orqanlarında çalışan işçilərin əməkhaqları artırılmışdı və minimum əməkhaqqı da 130 manatdan 180 manata çatdırılmışdı. Həmin tarixin üzərindən altı ay keçmədən belə cənab Prezident tərəfindən növbəti sərəncamlar imzalandı. Bu onu göstərir ki, dövlət başçısı cənab İlham Əliyev hər zaman Azərbaycan vətəndaşının qayğısı ilə yaşayır və çalışır ki, onların sosial rifah halı durmadan yaxşılaşsın. Bu ölkə iqtisadiyyatının və ölkəmizin qüdrətlənməsindən bir daha xəbər verir. Bu həmçinin cənab Prezidentimizin sosial sahədə apardığı islahatların növbəti təzahürüdür".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...