Monteneqronun Baş Naziri Azərbaycanda səfərdədir

Monteneqronun Baş Naziri Duşko Markoviç iyunun 23-də Azərbaycana rəsmi səfərə gəlib.

SİA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Monteneqro hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Monteneqronun Baş naziri Duşko Markoviçi hava limanında Azərbaycan Respublikasının Baş Nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycan və Monteneqronun dövlət himnləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə