Düşənbədə Putin və Ərdoğan ayaqüstü söhbət ediblər

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ayaqüstü söhbət ediblər. SİA RİA "Novosti"yə istinadən xəbər verir ki, onların söhbəti Tacikistanın paytaxtı Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitindən əvvəl baş tutub.

Məlumata görə, dövlət başçıları sammitin keçiriləcəyi salona daxil olub və söhbət ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə