Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası ilə bağlı iclas keçiriləcək

Azərbaycan və Gürcüstan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclası cari ilin 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, iclas Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliyanın rəhbərliyi ilə təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə