Putinin Paşinyanı təbrik etməməsi ona bənzəyir ki... MARİYA ZAXAROVA

RF prezidenti Vladimir Putinin Nikol Paşinyanı növbədənkənar parlament seçkilərindən sonra nəyə görə təbrik etməməsi sualına Rusiya XİN-nin təmsilçisi Mariya Zaxarova deyib: “Mənə elə gəlir ki, bu bir kişidən səni sevib-sevməməsi barədə münasibət öyrənmək cəhdinə bənzəyir, halbuki o, artıq bir neçə dəfə sənə bu məsələdə etiraflar edib”. SİA xəbər verir ki, bu barədə Ermənistanın largir.am saytı yazır.

Mariya Zaxarova rusiyalı müşahidəçilərin ATƏT DTİHB və MDB müşahidəçiləri tərkibində seçkiləri izlədiklərini də xatırladıb.

Qeyd olunduğuna görə, bu Moskvanın Ermənistandakı seçkilərlə bağlı ilk reaksiyasıdır. Belə ki, erməni KİV-ləri ənənəvi həyasızlıqlarına söykənərək, bu məsələdə Rusiyanı ittiham edirlər və nədənsə, Ermənistanın yeni iqtidarının anti-Rusiya xarakterli bəyanat və davranışlarını işıqlandırmırlar. Daha dəqiq desək, Rusiyanın Ermənistandakı siyasi iqtidar dəyişikliyini dəstəkləmədiyini, buna görə mövcud hakimiyyətə düşmən münasibət sərgilədiyini yazırlar. SİTAT: “Heç bir qiymət verilmədi. Ermənistandakı yeni vəziyyət erməni-rus münasibətlərində korrektələrə səbəb olub və Rusiya isteblişmentini aşkar şəkildə bölüb. Bir tərəfdən Ermənistana münasibətdə neqativ, hətta zaman-zaman düşmənçilik ritorikası, digər tərəfdən yeni münasibətlərin qurulması maraqlarını görmək mümkündür”.

“Zaxarovanın reaksiyası maraqlı səslənir”, deyə yazan adıçəkilən syat əlavə edib: “Ermənistanda “inqilab” (dırnaqlar bizimdir-R.N.) günlərində Mariya iki dəfə açıqlama verərək, baş verənləri Allahın qərarı olduğunu bildirib. Allah böyükdür və nələrin baş verdiyini anlamaq çətin olanda, Onu hər yerdə anırlar. Moskva hazırkı gündə də eyni vəziyyətdədir, eləcə də Zaxarovanın “kişinin qadına sevgisi” cavabı da bu seriyanın davamıdır. Ermənistanda Putinin mövqeyini müxtəlif şəkildə incələyirlər - Koçaryanın həbsindən başlayaraq, erməni rəhbərliyinin avrasiya bloklarında və erməni-rus münasibətlərinə qədər. Bu, Ermənistanda qarışıq ştirxlərdir və hər kəs bu barədə subyektiv nəticə çıxarır”

Erməni saytı xatırladıb ki, Putin Ermənistanın daha öncəki hakimiyyətlərini rəsmi nəticələr elan edilməmiş təbrik edirdi. “İndi isə bu seçkilərin nəticələrini Zaxarovanın eyham vurduğu kimi MSK-nın rəsmi məlumatından sonra tanınacağı bildirilir”, deyə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə