Transseksualların nikahı rəsmiləşdirildi ERMƏNİSTANDA

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın homoseksuallıq və transseksuallıq məsələlərində mülayim mövqe sərgiləməsi kimsəyə sirr deyil. Artıq onun bu kimi məsələlərdə “islahatlar” aparması faktlraı da zaman-zaman KİV-lərdə qeyd olunmaqdadır. SİA aysor.am-a istinadən xəbər verir ki, adıçəkilən erməni saytı cinsiyyətlərini dəyişmiş şəxslərin arayışsız şəkildə ilk evliliklərinin qeydə alınması barədə yazıb.

“Hüquq tərəfində” adlı ictimai təşkilat bu günlərdə Facebook-dakı rəsmi səhifəsində bəyanat yayaraq qeyd edib ki, nikah şöbəsi cinsiyyətlərini və adlarını dəyişmiş şəxslərin rəsmi olaraq qeydiyyata alınmasına yaşıl işıq yandırıb”, edilən qeyddə bildirilir: “Bu gün ilk dəfə nikah şöbəsi və ədliyyə nazirliyi qanuni şəkildə transseksualların adlarını arayışsız və “transseksualizm” diqanozu müəyyənləşdirmədən təsdiqləyib, hansı ki, daha öncə bu sənədlər tələb olunurdu”. “Hüquq tərəfində” adlı QHT qürurla bizim cəmiyyəti yeni uğur münasibəti ilə təbrik edir. O cümlədən, ədliyyə nazirliyinə bizimlə əməkdaşlığa görə təşəkkür edirik”.

Bütün xəbərlər Facebook səhifəmizdə