Gürcüstan prezidentliyinə namizəd təhdid SMS-ləri alıb "ÖLDÜRƏCƏYİK"

Gürcüstan prezidentliyinə namizəd, “Gürcü arzusu-demokratik Gürcüstan” hakim partiyasının da dəstək göstərdiyi Salome Zurabişvili bəyan edib ki, o övladlarının öldürüləcəyi ilə bağlı təhdid SMS-ləri alıb. SİA gürcü mətbuatına istinadən xəbər verir ki, yaxınlarda Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək. Son mübarizədə Zurabişvili ilə birləşmiş müxalifətdən olan Qriqol Vaşadze qarşı-qarşıya gələcək. Vaşadze daha öncə “Vahid milli hərəkat” partiyasının üzvü olub.

“Son günlər – 9, 10, 11 noyabrda mənim övladlarım olan Teymuraz və Ketevanla bağlı, eləcə də şəxsən mənim ünvanıma səsli SMS vasitəsi ilə ölüm təhdidləri edilib”. Deyə Zurabişvili bu gün keçirdiyi brifinqində qeyd edib.

Qeyd olunub ki, Salome Zurabişvilinin iki övladı var – oğlu Teymuraz və qızı Ketevan. Onlar Parisdə böyüyüblər. Bu şəhərdə onların anaları doğukub və böyüyüb. Teymurazın 23 yaşı var, Ketevan isə ondan kiçikdir.

Həmçinin bildirilir ki, Teymuraz anasının izi ilə gedib və həyatını diplomatiyaya həsr edəcəyi qərarını verib. O, hazırda Nyu-Yorkda yaşayır və BMT missiyasında çalışır.

Ketevan isə Parisdə yaşayır və yerli telekanalların birində aparıcı işləyir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə