Rüstəm Məmmədov: “Gec-tez işğalçı Ermənistan etdiyi bütün əməllərinə görə cavab verəcək” MÜSAHİBƏ

Politoloq Rüstəm Məmmədovun SİA-ya müsahibəsi

- Rüstəm müəllim, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin passivliyi spn vaxtlar daha qabarıq şəkildə özünü göstərir. Bunun səbəbini nə ilə izah etmək olar?

- Uzun illərdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyət göstərir. ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas işi Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməkdir. Amma bu illər ərzində münaqişənin həllində irəliliyə doğru nə isə bir iş görə bilməyiblər. Bu gün biz həmsədrlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətlərinə baxanda, irəliyə doğru addım görmürük. Demək olar ki, bu günə qədər həmsədr ölkələrin hər biri öz marağın güdürdü, indi isə ümumi maraqlar meydana gəlib. Yəni ümumi maraqlar həmsədr dövlətləri eyni mövqedən çıxış etməyə vadar edib. Ümid edirik ki, tezliklə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqdır.

- Dünya birliyi Ermənistanı işğalçı dövlət ölduğunu bildiyi halda niyə bu ölkəyə qarşı sanksiyalar tətbiq etmir?

- Bu gün bütün dünya, o cümlədən dünyanın güc mərkəzləri, beynəlxalq təşkilatlar Ermənistanın işğalçı ölkə olduğunu çox yaxşı bilir. Bu barədə çıxartdıqları qərarlar da var. Münaqişənin həllinə prinsipial yanşmamaları onların məsələyə ikili stadartlardan yanaşmaları ilə bağlıdır. Amma gec-tez işğalçı Ermənistan etdiyi bütün əməllərinə görə cavab verəcək. Bu baxımdan nə qədər gec deyil Ermənistan geri çəkilməlidir. Çünki onun başqa yolu yoxdur.

- Bəzi dövlətlər hələ də, Ermənistanı işğalçı dövlət kimi tanımaqdan yayınırlar. Bu nə zamana qədər davam edəcək?

- Onsuz da bütün beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətlərin xalqları və hakimiyyətləri Ermənistanın işğalçılıq siyasətini və bu işğalçılıq zamanı törətdiyi vəhşilikləri çox gözəl bilirlər. Amma bu günə qədər işğalçı ölkənin vəhşiliklərinə dünyanın aparıcı dövlətlərinin təzyiq vasitəsi olaraq tədbirlər görməmələri münaqişənin həllinə ikili yanaşmalarının nəticəsidir. Əminəm ki, dünyada gedən geniş dəyişikliklər və terrora qarşı mübarizə nəhayət Ermənistanın işğalçılıq siyasətinə layiqli cavab verilməsini qaçılmaz edəcək. Bunla da Ermənistanın hərbi xuntası bu günə qədər etdiyi hər bir əməlinə görə cavab verəcək.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...