Musa Qasımlı: “Konvensiyanın imzalanması böyük əhəmiyyət daşıyır” ÖZƏL-MÜNASİBƏT

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulı Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı deyib ki, uzun illər boyu Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində danışıqlar gedirdi və İşçi qrup işləyirdi: “Nəhayət bu fəaliyyət öz səmərəsini verdi. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı.

Konvensiyanın imzalanması heç şübhəsiz ki, böyük əhəmiyyət daşıyır. İlk növbədə ona görə ki, Xəzəryanı 5 dövlət ümumi məxrəcə gəldilər. Bu sənədin imzalanması bir daha göstərir ki, Xəzəryanı dövlətlər digər məsələlərdə də bərabər hərəkət edə bilərlər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə