Paşinyan Armen Sarkisyanın "protokol prezidenti" olduğunu inkar etmədi

Ermənistanın baş naziri Nikol Paşinyan prezident və onun arasında hakimiyyətin bölüşdürülməsi haqda jurnalistlərin suallarını cavablandırıb. SİA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan ölkənin iki başçısının ola bilməyəcəyini və bunun onun sonu olacağını bildirib.

Mətbuat konfransı zamanı sualları cavablandıran Paşinyan bu məsələyə maraqlı münasibət göstərib. Jurnalistin onun xüsusi olaraq Serj Sarkisyan üçün hazırlanmış super baş nazir kostyumunda fəaliyyət göstərdiyini və ona bu kostyumda necə olduğunu soruşub.

Paşinyan da öz növbəsində suala yumoristik yanaşaraq bu geyimin ona yaraşıb yaraşmadığını soruşub. Daha sonra jurnalistə üzünü tutaraq onun Almaniyanın prezidentinin kim olduğunu soruşub.

“Bilirsiniz? Sizi təbrik edirəm çünki, çoxları bunu bilmir. Ermənistan da Almaniya kimi dövlətin iki idarəedicisi ola bilməz. Ermənistanda bu gün parlament idarə üsulu seçilib və deməli bütün məsuliyyət hakimiyyətin və baş nazirin üzərindədir. Baş nazir və prezident arasında hakimiyyət balansı ola bilməz. Balan yalnız idarəedici, qanunverici və məhkəmə sistemi arasında olmalıdır. Amma prezident institutu üçün bir neçə protokol səlahiyyətləri əlavə edəcəyimizi istisna etmirəm” –deyə, Paşinyan bildirib.

O həmçinin balansın olmazının vacibliyini bildirərək bu bir gündə başa gələcəyinin mümkünsüzlüyünü qeyd edib.

Bununla da jurnalistin bu cür onun özünü Sarkisyan kimi apardığına işarə edən sualını Ermənistan baş naziri iki cür cavablandırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə