Baş nazir: "Türkiyə və ABŞ 90 günlük razılaşma imzalayıblar"

Türkiyə və ABŞ 90 günlük razılaşma imzalayıblar. SİA-nın verdiyi məlumata görə, razılaşmanın imzalanması barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

Baş nazir bildirib ki, razılaşmaya əsasən, 90 gün ərzində PYD və YPG dəstələri Suriyanın Manbic şəhərindən çıxarılır.

Baş nazir əlavə edib ki, əgər PYD və YPG terrorçuları Manbici tərk etməzlərsə, Türkiyə bu şəhərdə də Afrində olduğu kimi hərbi əməliyyatlara başlayacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə